AZ

Azərbaycanla UNESCO arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov UNESCO-nun yeni seçilmiş Baş direktoru Xalid əl-Enani ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı nümayəndəliyi məlumat yayıb.

Elnur Məmmədov Azərbaycan hökuməti adından yeni Baş direktoru təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və UNESCO arasında gələcək təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində tərəfdaşlıq və əməkdaşlıq perspektivləri müzakirə olunub.

“Azərbaycan UNESCO-nun qlobal və regional təşəbbüslərinin, proqramlarının və layihələrinin həyata keçirilməsində təşkilata dəstəyini davam etdirməyə hazır olduğunu ifadə edib”, - məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
5
redaktor.az

6Mənbələr