AZ

Nyu-Yorkda Tayms meydanındakı ən hündür göydələn Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

ABŞ-ın Nyu-York şəhərində Zəfər Günü münasibətilə aksiya keçirilib.

AZƏRTAC-ın məlumatına görə, məşhur Tayms meydanındakı ən hündür göydələn, Dünya Ticarət Mərkəzi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Aksiya Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə reallaşıb.

Aksiya çərçivəsində, həmçinin LED-ekranla təchiz olunmuş xüsusi avtomobil Nyu-York şəhərinin ən məşhur məkanlarının, o cümlədən Tayms meydanının, Birləşmiş Millətlər Təşkilatının Baş qərargahının, həmçinin Bryant Parkın yerləşdiyi və digər küçələrdə hərəkət edib. Ekranda “8 Noyabr – Azərbaycanın Zəfər Günüdür!” şüarı, Azərbaycan Respublikasının xəritəsi, eləcə də ikinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinin rəmzi – Qarabağın incisi xarıbülbül təsvirləri nümayiş etdirilib.

Akasiya ötən gün olub və noyabrın 8-də də gün boyu davam edəcək.

Azərbaycan-Amerika Gənclər Federasiyası bu aksiyanın məqsədinin gənclər arasında milli həmrəyliyi gücləndirmək və Azərbaycanın mədəni irsini beynəlxalq auditoriyaya çatdırmaq olduğunu vurğulayıb.

Seçilən
28
4
yeniazerbaycan.com

5Mənbələr