AZ

Gəncədə qadını qətlə yetirməkdə təqsirləndirilənin keçmiş həyat yoldaşı olduğu üzə çıxıb

Gəncədə törədilən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhərinin Gülüstan qəsəbəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Ayşən Sadıqova bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Lakin müayinə zamanı onun artıq öldüyü məlum olub.

Ayşən Sadıqovanı keçmiş həyat yoldaşı, Gəncə şəhər sakini, 42 yaşlı Ramin Əliyev qətlə yetirməkdə şübhəli bilinir.

Məlumata görə, Ayşən Sadıqova bir neçə ay əvvəl həyat yoldaşından boşanıb. Bundan sonra tərəflər arasında mütəmadi mübahisələr yaşanırmış. Onların 3 övladı var.

Cinayəti törətməkdə şübhəli bilinən Ramin Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
38
1
far.az

2Mənbələr