AZ

Bakıda hərbi parad: Keçid başladı- Canlı

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.
ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, BƏƏ Baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Həmdan bin Məhəmməd bin Raşid əl-Maktum, Qazaxıstan müdafiə naziri Dauren Kosanov paradda iştirak edirlər.
Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi.
Ümummili Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı paradda çıxış etdi.
***
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.
***
Pakistan Baş naziri Şahbaz Şərif çıxış etdi.
***
Hərbi paradda hərbi bölmələrin təntənəli keçidi başladı. Parada Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edir.
Seçilən
43
50
onn.az

10Mənbələr