AZ

Ərdoğan: "Azərbaycanın Qarabağda nələr bacardığına şahid olduq"

AzVision.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib:

"Qarabağa İlham Əliyev qardaşım və Pakistan Baş nazirinin iştirakı ilə səfərlərimiz olub. Zəfərdən sonra bütün Qarabağda yaşanan inkişaf və investisiya səfərbərliyinə şahidlik etmişəm. İnşa edilən hava limanlarını, yolları, körpüləri, tunelləri, dəmiryollarını, evləri, ucaldılan binaları, kənd təsərrüfatı və nəqliyyat layihələrini yerində gördüm. Qarabağda qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycanın nələri bacardığına şahid olduq. Əlbəttə, bizim gördüklərimiz sadəcə başlanğıcdır, bunların davamı da gələcək. Möhtəşəm gözəlliyi ilə Qarabağ təkrar bölgənin parlayan ulduzu olacaq. Bu müddətdə biz də Azərbaycana lazım olan hər cür dəstəyi verəcəyik".

AzVision.az
Seçilən
14
12
azvision.az

10Mənbələr