AZ

“İqtisadi cəhətdən heç bir ölkədən asılı deyilik”

“Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi”.

Tribunainfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

“Biz müstəqil siyasət aparan ölkə idik və bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı”, – dövlət başçısı deyib.

“Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik. Bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir”, – Azərbaycan lideri əlavə edib.

İlham Əliyev qeyd edib ki, biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, bir çox ölkələr üçün, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Dövlət başçısı vurğulayıb ki, bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı.

Seçilən
33
29
tribunainfo.az

10Mənbələr