AZ

Alparslan Bayraktar: “Əgər söhbət nadir torpaq elementlərindən getsəydi, Ankara bunu elan edərdi“

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Türkiyə öz nadir torpaq elementlərini ABŞ-yə verməyib, əksinə, nüvə enerjisinə dair müqavilə imzalayıb".

Moderator.az "Türkiye" qəzetinə istinadla xəbər verir ki, bunu ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bəyan edib.

ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak ABŞ Senatının beynəlxalq münasibətlər komitəsi qarşısında çıxışında bildirib ki, Türkiyədəki nadir torpaq ehtiyatları "strateji fürsətdir".

Lakin Bayraktar Türkiyədə çıxarılan nadir torpaq elementlərinin guya Birləşmiş Ştatlara satıldığı barədə şayiələri təkzib edib. O bildirib ki, ölkələr arasında, sadəcə, nüvə enerjisi ilə bağlı müqavilə imzalanıb.

Onun sözlərinə görə, Beylikova bölgəsində 694 milyon ton nadir torpaq elementi aşkar edilib və Türkiyə bu sahədə dünyanın ilk beş ölkəsi sırasına daxil ola bilər. Hazırda ölkə bu istiqamətdə fəal işləyir və təcrübi zavod qurmağı planlaşdırır.

"Əgər söhbət nadir torpaq elementlərindən getsəydi, Ankara bunu elan edərdi, burada qorxulu heç nə yoxdur", - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə Eskişehir vilayətindəki Beylikova bölgəsində aşkar edilən nadir torpaq elementləri ehtiyatlarına görə dünyada ikinci yerdədir. O, bu ehtiyatlarına görə yalnız Çindən geri qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
moderator.az

2Mənbələr