AZ

Mayya sivilizasiyasının ən böyük abidəsinin sirri açılıb

Alimlər müəyyən ediblər ki, mayyalılara məxsus ən böyük məşhur abidə olan Meksikanın Tabasko ştatında yerləşən “Aguada-Feniks” kompleksi təxminən üç min il əvvəl kosmosun memarlıq modeli kimi yaradılıb.

AZƏRTAC xəbər verir ki, “Science Advances (Sci Adv) jurnalında dərc edilən tədqiqata görə, uzunluğu təxminən doqquz kilometr olan bu nəhəng tikili qədim Mezoamerika mədəniyyətində kainatın və zaman dövrlərinin simvolu sayılan xaç formasında inşa olunub.

Abidənin mərkəzində arxeoloqlar yuvalanmış iki xaçşəkilli çuxur aşkar ediblər. Burada dini hədiyyələr, o cümlədən dəniz ilbizlərinin qabıqları, nefrit və yaşıl daşdan fiqurlar, həmçinin mavi, yaşıl və sarı piqmentlər tapılıb. Bu piqmentlər dünyanın dörd istiqamətinə uyğun şəkildə yerləşdirilib. Alimlərin fikrincə, bu tapıntı rənglərin istiqamətlərlə simvolik əlaqəsinin ən erkən nümunəsidir ki, sonradan bu ənənə bütün mayya mədəniyyətinə yayılıb.

Xüsusilə diqqətçəkən məqam odur ki, kompleksdə sosial iyerarxiya əlamətləri aşkar olunmayıb, nə saraylar, nə də hökmdar heykəlləri tapılıb. Tədqiqatçılara görə, tikintisi 10 milyonadək iş günü tələb edən bu nəhəng quruluş ümumi ictimai səylərlə, yəni məcburiyyət olmadan inşa edilib. Alimlər hesab edirlər ki, məqsəd “Kainatın xəritəsini” yaratmaq və ümumi ayinlər üçün bir mərkəz formalaşdırmaq olub. Bu isə minlərlə insanı bir araya gətirib və göstərib ki, böyük nailiyyətlər kral hakimiyyəti olmadan da mümkündür.

Seçilən
18
1
yeniazerbaycan.com

2Mənbələr