AZ

Gürcüstanın Azərbaycana əczaçılıq məhsulları satışından qazancı 18 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 22,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 18 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın əczaçılıq məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 110 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb ki, bu da bir il əvvəlki göstəricidən 22 % çoxdur.

Bu ilin ilk 9 ayında Gürcüstan Özbəkistana 57,7 milyon ABŞ dolları, Ermənistana 8,65 milyon ABŞ dolları, Tacikistana 3,58 milyon ABŞ dolları, Belarusa 3,52 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 141,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib ki, bunun da 28,1 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Seçilən
35
3
bakivaxti.az

4Mənbələr