Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü ilə bağlı təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkə hesabında paylaşım edib.
"Qarabağın 30 illik işğalına son qoyan möhtəşəm və misilsiz bir qələbənin 5-ci ildönümündə, Vətən müharibəsində şəhid olan bütün qəhrəmanlarımızı - Azərbaycanın igid övladlarını rəhmətlə yad edirəm. Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm", - Türkiyənin dövlət başçının paylaşımında bildirilir.
Karabağ’ın 30 yıllık işgalini sonlandıran muhteşem ve muazzam bir zaferin 5’inci yıl dönümünde, Vatan Muharebesi’nde toprağa düşen tüm şehitlerimizi, Azerbaycan’ın yiğit evlatlarını rahmetle yâd ediyorum.
— Recep Tayyip Erdoğan (@RTErdogan) November 8, 2025
Azerbaycan halkının Zafer Günü’nü canıgönülden tebrik ediyorum. 🇹🇷🇦🇿 pic.twitter.com/3NEbapNyE5