AZ

Niderland XİN in İdarə rəhbəri Azərbaycana səfər edəcək

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Niderland Krallığının Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin rəhbəri Karolin Ramakers regional səfəri çərçivəsində 13–14 noyabr tarixlərində Azərbaycana səfər edəcək.

Bu barədə Bakıvaxtı.az-a Niderland Krallığının Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, səfər zamanı o, ikitərəfli əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsi imkanlarını müzakirə etmək üçün dövlət rəsmiləri və biznes nümayəndələri ilə görüşlər keçirəcək, həmçinin ADA Universitetinin tələbə və müəllim heyəti ilə görüşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
4
bakivaxti.az

5Mənbələr