AZ

Niderland XİN-in nümayəndəsi gələn həftə Azərbaycana səfər edəcək

Niderland Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Kerolayn Ramakers noyabrın 13-14-də Azərbaycana səfər edəcək.

Bu barədə Missiya.Az-a Niderlandın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfəri çərçivəsində K.Ramekers ikitərəfli əməkdaşlığı və tərəfdaşlıq əlaqələrini gücləndirmək imkanlarını müzakirə etmək üçün Azərbaycanın biznes və dövlət qurumları nümayəndələri ilə görüşlər keçirəcək.

Bundan əlavə, o həmçinin regional proseslər və əməkdaşlıq barədə fikir mübadiləsi aparmaq üçün ADA Universitetinin tələbələri və müəllimləri ilə görüşəcək.

Seçilən
35
2
missiya.az

3Mənbələr