SUMQAYIT, 8 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının “Zəfər Turu”nun növbəti oyununda “Araz-Naxçıvan” və “Karvan-Yevlax” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə Naxçıvan təmsilçisi qələbə qazanıb - 2:1.
“Araz-Naxçıvan”dan Hamidu Keyta (66) və Felipe Santoş (90+3, penalti), “Karvan-Yevlax”dan isə Araz Abdullayev (17) fərqlənib.
Bununla da xallarının sayını 19-a çatdıran Elmar Baxşıyevin komandası 5-ci siraya yüksəlib. Azər Həşimovun rəhbərlik etdiyi kollektiv 5 xalla onbirincidir.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.