BAKI, 8 noyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Xatırladaq ki, Pakistan və Türkiyə liderləri bu gün 8 Noyabr Zəfər Günü ilə əlaqədar keçirilən paradda iştirak ediblər.