AZ

Şəhid Alı Həsənliyə həsr edilmiş film nümayiş olunub

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı, şəhid Alı Həsənliyə həsr olunmuş “Hər şey yaxşı olacaq” adlı bədii-sənədli filmin təqdimatı keçirilib.

SİA xəbər verir ki,bu barədəBANM-dən məlumat verilib. Tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin açılışında çıxış edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, strateji düşüncəsi və sarsılmaz liderliyi sayəsində xalqımızın Zəfərə aparan yolda bir yumruq kimi birləşdiyini vurğulayaraq dövlətimizin müstəqilliyi, vətənimizin bütövlüyü və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlığı, fədakarlığı və vətənə sədaqətinin hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğunu bildirib.

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, Vətən müharibəsində SOCAR ailəsinin 1130 əməkdaşı iştirak edib, onlardan 6 nəfəri şəhidlik zirvəsinə ucalıb. Ziba Mustafayeva bu qəhrəmanlardan birinin də 2020-ci ildə ordu sıralarına qatılaraq Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə igidlik göstərən Alı Həsənli olduğunu, onun vətən sevgisinin, cəsarətinin və peşəsinə sədaqətinin gənclər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və tarixi Zəfərə imza atıb. Bu böyük Zəfər bizə həm qürur, həm də məsuliyyət verir.

Rektor vurğulayıb ki, bu Qələbəni qorumaq, dövlətimizi daha da möhkəmləndirmək və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

O, qəhrəman şəhid Alı Həsənlinin əziz xatirəsini dərin hörmətlə yad edərək, onun əsl vətənpərvər kimi fədakarlığı və cəsarəti ilə gənclər üçün nümunə olduğunu qeyd edib.

Şəhidin atası Nofəl Həsənli oğlu barədə xatirələrini bölüşərək tələbələri bu qələbəni qorumağa və vətənə layiqli övlad olmağa səsləyib.

Filmin rejissoru Bəhruz Vaqifoğlu bildirib ki, “Hər şey yaxşı olacaq” filmi dörd ay ərzində çəkilib və əsasən şəhidin ailə üzvlərinin, yaxınlarının və silahdaşlarının müsahibələri əsasında hazırlanıb.

Tədbir iştirakçıları filmdə şəhid Alı Həsənlinin həyat yolunun, vətən sevgisinin və fədakarlığının bədii dildə təqdimini izləyiblər.

Seçilən
7
2
sia.az

3Mənbələr