AZ

“Tramp ABŞ-da prezident kimi deyil, kral kimi davranır...”

...SİA xatırladır ki, keçmiş prezident bu açıqlamanı Nebraskadakı partiya yoldaşları ilə danışarkən verib.

O, qeyd edib ki, Tramp bütün amerikalıların deyil, yalnız Amerikanın varlılarının maraqlarını düşünür.

Keçmiş ABŞ prezidenti Cozef Bayden Nebraskada Demokrat Partiyasının qəbulunda çıxışı zamanı Donald Trampın son siyasi qərarlarının Amerikanı rüsvay etdiyini bildirib.

O, həmçinin Trampı təkcə milyarderlərin və milyonerlərin deyil, bütün Amerika vətəndaşlarının maraqlarını düşünməyə çağırıb.

...Cənab Prezident, başa düşməyinizi istəyirəm ki, biz sizin üçün deyil, siz bizim üçün işləyirsiniz... Mən əsəbiləşmişəm, - deyə Bayden bildirib.

O, həmçinin qeyd edib ki, Tramp ABŞ-da prezident kimi deyil, kral kimi davranır. Tramp özü əvvəllər Cozef Baydenin ölkənin idarə olunmasında iştirak etmədiyini və sənədlərin,icra sərəncamlarının avtomatik imzalandığını bildirmişdi. Tramp əvvəllər Nyu-York şəhərinin yeni merinin işinə mane olacağını bildirərək onu "kommunist" adlandırmışdı.

Əvvəllər bildirilirdi ki, ABŞ Demokrat Partiyası Donald Trampın seçilməsindən sonra öz mövqeyini bərpa edir.

Əli Babayev

Seçilən
52
1
sia.az

2Mənbələr