70 yaşlı əfsanəvi aktyor, demensiya xəstəliyindən əziyyət çəkən Hollivud ulduzu Bryus Uillis sahilkənarı gəzintidə görüntülənib.
Axşam.az xəbər verir ki, aktyor onu müşayiət edən baxıcısının əlindən tutaraq gəzib. Onun əhvalı yaxşı olub və gəzinti zamanı tez-tez gülümsəyib.
Qeyd edək ki, daha əvvəl aktyorun səhhətindəki problemə görə yeriməyi, danışmağı və oxumağı dayandırdığı bildirilmişdi.
