AZ

Premyer Liqa: "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı məğlub edib

Misli Premyer Liqasının XI turunda növbəti oyun keçirilib.

BAKU.WS xəbər verir ki, "Araz-Naxçıvan" "Karvan-Yevlax"la qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yevlax təmsilçisindən16-cı dəqiqədə Araz Abdullayev rəqib qapısına yol tapıb. Naxçıvan komandasının heyətində isə Hamidu Keyta 65-ci dəqiqədə hesabı bərabərləşdirib. Naxçıvan komandasının digər futbolçusu Felipe Santos isə 90+2-ci dəqiqədə penaltidən fərqlənib.

Bu nəticədən sonra "Karvan-Yevlax" 5 xalla 11-ci pillədə yer alıb. "Araz-Naxçıvan" isə 19 xalla 5-cidir.

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0) üstələyib.

Seçilən
16
4
far.az

6Mənbələr