AZ

Baxşıyev: “Zəfərin yanında bizim nəticə çox da önəmli deyil”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 11-ci turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Elmar Baxşıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Oyunla bağlı çox danışmaq istəmirəm. Bu gün elə gündür ki, ölkə olaraq qazandığımız qələbəni bayram edirik. Bunun yanında bizim qazandığımız nəticə çox da önəmli deyil. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Matça gəldikdə, ağır oyun alındı. Komanda olaraq oyuna yaxşı girmədik. Çoxsaylı top itkilərinə yol verirdik. Rəqib bundan istifadə edirdi. Yenə də şükürlər olsun ki, qələbə qazandıq və liderlər qrupundan geri qalmadıq.

Builki heyətimiz genişdir. Bütün oyunçulardan istifadə etmək fikrindəyik. Qapıda Tərlan Əhmədliyə şans verməyimiz də normaldır. O, bir neçə tur öncə də oynamışdı. Kristian Avram isə son dönəmlərdə çox qol buraxdığı üçün özünəinamı azalmışdı. Tərlan bəyəndiyim qapıçıdır. Bizdə əsas heyət anlayışı yoxdur. Oyuna bir heyətlə başlasaq da, gedişatda əvəzetmələr olur. Oyunçular bilir ki, kiminsə əsas heyətdə yeri həmişəlik deyil”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
18
26
arena.az

10Mənbələr