AZ

“Qalatasaray“ prezidentindən Messinin transferi barədə AÇIQLAMA

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Qalatasaray" klubunun prezidenti Dursun Özbek Boğaziçi Universitetində keçirilən "İdman Zirvəsi" tədbirində tələbələrin suallarını cavablandırıb.

Moderator.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, prezident "Messini bir gün "Qalatasaray" formasında görə biləcəyik?" sualını cavablandırıb.

O bildirib ki, Messi ilə bağlı sual verməyiniz normaldır:

"Səviyyəmizi yüksəltmişik, buna görə də indi Messi ilə bağlı sual verməyiniz normaldır. Maliyyə cəhətdən qurulan sabitliyi poza biləcək heç bir addım atmırıq. Bütün fəaliyyətlərimiz maliyyə imkanlarımız çərçivəsindədir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
1
moderator.az

2Mənbələr