AZ

"Apple" bir sıra cihazlara yeniləmələri qadağan edib

"Apple" korporasiyası bir sıra cihazlarda iOS 26.2 yeniləməsinin quraşdırılmasını bloklayıb.

Hakimiyyet.az xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.

Bundan əvvəl Amerika texnologiya nəhəngi iOS 26.2 və iPadOS 26.2 versiyalarının ilkin (beta) variantlarını tərtibatçılar üçün təqdim etmişdi. Mütəxəssislər bildiriblər ki, yeni əməliyyat sistemləri bütün "iPhone" və "iPad" modelləri üçün əlçatandır, lakin "iPhone Air", "iPhone 16e" və M5 çiplə təchiz olunmuş "iPad Pro" istisnadır. Əvvəlcə bu cihazlarda yeniləməni quraşdırmaq mümkün deyildi, sonradan isə iOS-un yeni versiyası ümumiyyətlə cihazların parametrlərində görünməz olub.

"Apple" bəzi cihazların niyə yenilənməyə icazə verilmədiyinin səbəbini açıqlamayıb. Qeyd olunur ki, iPhone Air, iPhone 16e və iPad Pro modellərini birləşdirən xüsusiyyət onların yeni C1 və ya C1X modemlərinə malik olmasıdır.

Məqalədə vurğulanır ki, yeniləmə böyük ehtimalla C seriyalı modemlərlə uyğun gəlmir. Bu səbəbdən "Apple" istifadəçiləri mümkün xətalardan və nasazlıqlardan qorumaq üçün iOS 26.2 və iPadOS 26.2-nin quraşdırılmasını bloklayıb.

Jurnalistlərin sözlərinə görə, “Apple"ın problemin aradan qaldırılmasına nə qədər vaxt sərf edəcəyi hələlik məlum deyil.”

Qeyd edək ki, noyabrın əvvəlində "Apple" "iPhone" və "iPad" modelləri üçün təcili iOS 26.1 və iPadOS 26.1 yeniləmələrini yayımlayıb. Həmin versiyada təxminən 50 təhlükəsizlik boşluğu aradan qaldırılıb.

Seçilən
9
3
hakimiyyet.az

4Mənbələr