AZ

“PAŞA Holding”dən kooperativ məsuliyyət nümunəsi: Zəfər Parkı və Zəfər Muzeyi təhvil verildi

2025-ci il noyabrın 6-da “PAŞA Holding” və Bakı Şəhər İcra Hakimiyyəti arasında Razılaşma protokolu imzalanıb.

Publika.az xəbər verir ki, protokola əsasən “PAŞA Holding”in maliyyə dəstəyi ilə inşa edilmiş Zəfər Parkı və Zəfər Muzeyi Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib. Sənədi “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov imzalayıblar.

Zəfər Muzeyi 2024-cü ildə tikilmiş Zəfər Parkının ərazisində yerləşir. Hər iki layihənin inşası Azərbaycan xalqının 2020-ci ildə əldə etdiyi tarixi Qələbəni və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

Zəfər Parkının ümumi ərazisi 9.16 hektar, yaşıllıq zonaları isə 4.24 hektar təşkil edir. Layihə çərçivəsində 44 metr hündürlüyündə Zəfər tağı, 9.9 metr hündürlüyündə memorial abidə, həmçinin şəhidlərin adlarının yazıldığı 8.8 metr hündürlüyündə xatirə divarı inşa edilib. Parkın tikintisinə 114.5 milyon AZN vəsait sərf olunub.

Zəfər Muzeyinin ümumi sahəsi 4278 m² olan bina, 8 sərgi zalı, auditorium zonası (90.7 m²) və s. ilə ziyarətçilərin istifadəsinə təqdim olunacaq. Muzeyin inşası üçün 59.5 milyon AZN məbləğində vəsait ayrılıb.

Seçilən
21
16
publika.az

10Mənbələr