AZ

Tornado nəticəsində beş nəfər ölüb

Braziliyanın Parana ştatında tüğyan edən qasırğa nəticəsində azı beş nəfər ölüb, 130 nəfər yaralanıb.

Azreform.info xəbər verir ki, bu barədə "CNN Brasil" məlumat yayıb.

"Dövlət Mülki Müdafiə Xidmətinin məlumatına görə, indiyə qədər azı beş ölüm hadisəsi təsdiqlənib. 130 nəfər yaralanıb", - məlumatda bildirilib.

Siklon soyuq atmosfer cəbhəsi ilə əlaqələndirilir. Riu-Qrandi-du-Sul, Santa-Katarina və San-Paulu ştatlarında küləyin sürəti saatda 100 km-dən çoxdur.

Bundan əlavə, Riu-Bonitu-du-İquasu şəhərində küləyin sürəti bəzi ərazilərdə saatda 250 km-dən çox olub. Qasırğa, həmçinin Rio-de-Janeyro və Espiritu-Santu sahillərinə də təsir göstərə bilər.

 

Seçilən
18
3
azreform.info

4Mənbələr