Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən yanğınla bağlı məlumat yayıb.
APA nazirliyin saytına istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 140 m² olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan dönərxana, bitişik sahəsi 15 m² olan ət mağazasının yanar konstruksiyaları, sahəsi 25 m² olan parfumeriya mağazası 10 m², sahəsi 80 m² olan fotostudiya 5 m² sahədə yanıb və lambirdən ibarət tavanı 75 m² sahədə əriyib.
Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
10:24
Sabunçu rayonunda obyektdə yanğın olub.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən dönərxanada qeydə alınıb.
Əraziyə FHN qüvvələri cəlb olunub.