
8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda möhtəşəm hərbi parad keçirilib. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şəriflə yanaşı, bir sıra digər ölkələrin yüksək səviyyəli nümayəndələri də iştirak ediblər.
Reyting.az xəbər verir ki, Türkiyə və Pakistanın ali nümayəndə heyətləri ilə bərabər, daha altı ölkədən rəsmi qonaqlar da paradı izləyiblər.
Həmin ölkələrin siyahısı aşağıdakı kimidir:
Slovakiya - Baş nazirin müavini, müdafiə naziri
Səudiyyə Ərəbistanı - Müdafiə nazirinin müavini
Serbiya - Baş Qərargah rəisi
Qırğızıstan - Müdafiə naziri
Qazaxıstan - Müdafiə naziri
Özbəkistan - Müdafiə nazirinin müavini.