AZ

Bellingem 50-yə daha tez çatdı

Cud Bellingem Çempionlar Liqasında (ÇL) yeni uğura nail olub.

"Football-plus.az" xəbər verir ki, “Real”ın futbolçusu bunu liqa mərhələsinin 4-cü turunun “Liverpul”la matçında iştirak etməklə bacarıb. Nəticədə Bellingemin ÇL-də meydana çıxdığı oyunların sayı 50-yə çatıb. Bununla da 22 yaş 128 günlüyündə olan yarımmüdafiəçi turnirdə 50 oyun həddinə çatan ən gənc futbolçu olub.

Qeyd edək ki, ingiltərəli oyunçu “Real”da 2023-cü ilin yayından çıxış edir.

Seçilən
45
1
football-plus.az

2Mənbələr