AZ

Xankəndidə Zəfər atəşfəşanlığı olub

Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə təşkil olunan konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Zəfər meydanında şəhər səması rəngbərəng işıqlarla bəzənib.


Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük coşqu ilə qarşılanıb və tədbir iştirakçıları arasında bayram əhval-ruhiyyəsi yaradıb.
Seçilən
22
6
sherg.az

10Mənbələr