AZ

Polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını və ailəsini ziyarət ediblər

Yazını böyüt
Yazını kiçilt

Astara Rayon Polis Şöbəsinin rəhbərliyi Zəfər Günündə Vətən müharibəsinin şəhidi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Orxan Babayevin ailəsini ziyarət edib.

Hafta.az xəbər verir ki, şəhidin əziz xatirəsi yad edilib, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağı qeyd olunub. Şəhid Orxan Babayevin timsalında qəhrəman oğullarımızın şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu, xalqımızın mərd, vətənpərvər igidləri ilə fəxr etdiyi vurğulanıb.

Şəhidin ailəsi göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
18
7
hafta.az

8Mənbələr