Səudiyyə Ərəbistanı Pro Liqasının 8-ci turunda lider "Ən-Nəsr" Təbukda yerli "Neom"un qonağı olub.
"Cebheinfo.az" xəbər verir ki, matçda əsas hadisələr ikinci hissədə cərəyan edib.
47-ci dəqiqədə qonaqların hücumçusu Qarbiel Anjelo hesabı açıb. Bu azmış kimi 56-cı dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Say üstünlüyündən yararlanan "Ən-Nəsr"in kapitanı Kriştianu Ronaldu karyerasının 953-cü qolunu vuraraq fərqi artırıb.
84-cü dəqiqədə Əhməd Cabir buraxılan qollardan birinin əvəzini çıxsa da, Joao Feliks dəqiq zərbə ilə hesabı 1:3-ə çatdırıb.
Hazırda Ər-Riyad klubu 24 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb. "Neom" isə 13 xalla 7-cidir.
"Cebheinfo.az"