Misli Premyer Liqasında “Zəfər turu” davam edir.
İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı sınağa çəkib. Naxçıvan klubu rəqibini Sumqayıtda qəbul edib. Qarşılaşma 2:1 hesabı ilə “Araz-Naxçıvan”ın xeyrinə yekunlaşıb.
Günün digər matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda paytaxt təmsilçisi 20 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz klubu isə 22 xalla çempionatın lideridir.
8 noyabr (şənbə)
18:44. “Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Zirə İK stadionu
15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax” – 2:1
Qol: Araz Abdullayev, 17 (1:0), Hamidu Keyta, 65 (1:1), Felipe Santos, 90+2-pen. (2:1)
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu