AZ

Bakıda Zəfər Günü münasibətilə təntənəli bayram konserti keçirilir - FOTO

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda möhtəşəm bayram konserti təşkil olunub.

Musavat.com Report-a istinadən xəbər verir ki, tədbir Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları, müğənnilər və rəqs kollektivləri çıxış edirlər. Tədbir zamanı Vətən müharibəsində qazanılmış tarixi qələbə və qəhrəman şəhidlərimizin xatirəsi xüsusi ehtiramla yad olunur.

Zəfər Günü münasibətilə paytaxtın mərkəzindəki işıqlandırmalar və səhnə dekorasiyaları da bayram ab-havası yaradıb. 

Seçilən
36
musavat.com

1Mənbələr