Azərbaycanlı cüdoçu Könül Əliyeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
90deqiqe.Az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici qarşılaşmada türkiyəli Tuğçe Bederlə üz-üzə gəlib. Təəssüf ki, Könül ipponla uduzub və yarışı gümüş medalla tamamlayıb.
Bu gün daha bir neçə cüdoçumuz medal uğrunda tatamiyə çıxacaq. Hidayət Heydərov (73 kq) qızıl medal uğrunda döyüşəcək, Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanmaq üçün mübarizə aparacaq.
Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı ilə təmsil olunur. Yarışlarda 57 ölkə 23 növ üzrə mübarizə aparır. Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.