AZ

Yelena Rıbakina Sabalenkaya qalib gələrək WTA Yekun turnirinin qalibi olub

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

2022-ci il Uimbldon çempionu və dünyanın altıncı raketkası, Qazaxıstan tennisçisi Yelena Rıbakina Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 2025-ci il WTA Yekun çempionatında qalib gəlib.

İdman.Biz bildirir ki, finalda o, dünyanın birinci raketkası belaruslu Arina Sabalenkanı 6-3, 7-6 hesabları ilə məğlub edib.

Qarşılaşma 1 saat 48 dəqiqə davam edib.

Yelena Rıbakina karyerasında ilk dəfə WTA Yekun çempionatının qalibi olub. Bu qalibiyyət Rıbakinanın 11-ci tituludur.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
1
icma.az

2Mənbələr