AZ

Trampın uşaqlığı keçən ev görün neçəyə satılır

ABŞ-da Prezident Donald Trampın uşaqlığının ilk dörd ilini keçirdiyi Kvinsdəki ev satışa çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

Qeyd olunur ki, beşotaqlı tüdor üslublu evi siyasətçinin atası, tikinti şirkətinin sahibi Fred Tramp 1940-cı ildə Manhettendən 23 km məsafədə inşa edib. 232,3 kv. m sahəsi və təxminən 93 kv. m zirzəmisi olan ev sakit, yaşıllıqlarla əhatə olunmuş Jamaica Estates məhəlləsində yerləşir və 2,3 milyon dollara satışa çıxarılıb.

Məlumata görə, bina uzun müddət baxımsız vəziyyətdə olub: borular partlayıb, kif yayılıb, elektrik olmayıb, onlarla pişik orada məskunlaşıb, dam isə təmirə ehtiyac duyub. Keçən ilin fevralında tikinti şirkətinin sahibi Tommi Lin evi 835 min dollara alıb. O, səkkiz ay ərzində binanı bərpa edib. Fasad toxunulmaz qalıb, lakin daxili tamamilə yenidən qurulub.

Seçilən
21
10
publika.az

10Mənbələr