AZ

Trampın uşaqlıqda yaşadığı ev bu qiymətə hərraca çıxarıldı

ABŞ Prezidenti Donald Trampın həyatının ilk dörd ilini keçirdiyi ev 2,3 milyon dollara hərraca çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal"ı məlumat yayıb.

Məlumata görə, Amerika liderinin atası tərəfindən 1940-cı ildə Nyu Yorkun Kuins şəhərində tikilmiş beş otaqlı ev Tramp ailəsi köçdükdən sonra bir neçə dəfə fərqli insanlara satılıb.

Sonuncu dəfə fevral ayında 835 min dollara Tommi Lin adlı şəxsə satılıb. Ancaq həmin ev baxımsız vəziyyətdə olduğu üçün evdə 500 min dollar dəyərində təmir işləri görülüb./axar.az

Seçilən
5
10
bakivaxti.az

10Mənbələr