ABŞ Prezidenti Donald Trampın həyatının ilk dörd ilini keçirdiyi ev 2.3 milyon dollara satışa çıxarılıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə The New York Times nəşri məlumat yayıb.
Nyu-York ştatının Kvins bölgəsində, "Jamaica Estates" məhəlləsində yerləşən evi 1940-cı ildə prezidentin atası Fred Tramp inşa edib.
Donald Tramp dörd yaşına çatdıqda ailə yaxınlıqdakı başqa bir evə köçüb.
Evin beş yataq otağı var, ümumi sahəsi təxminən 232,3 kvadratmetrdir, əlavə olaraq 93 kvadratmetr sahəyə malik zirzəmisi də mövcuddur.
Mülk bir neçə dəfə sahiblərini dəyişib, 2008-ci ildə 782,5 min dollara, 2016-cı ildə 1,4 milyon dollara, 2017-ci ildə isə 2,14 milyon dollara satılıb.