AZ

“Arsenal” qələbəni son dəqiqədə əldən verdi

İngiltərə Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Sanderlend” – “Arsenal” qarşılaşması başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, matç Sanderlend şəhərindəki “Stadium of Light” stadionunda baş tutub və görüş 2:2 hesabıyla yekunlaşıb.

36-cı dəqiqədə Daniyel Ballard meydan sahiblərini önə çıxarsa da, 54-cü dəqiqədə Bukayo Saka hesabı bərabərləşdirib. 74-cü dəqiqədə Leandro Trossard qonaqları irəli çıxarıb. Matçın son anlarında, 90+4-cü dəqiqədə, Brayan Brobbi hesabı tarazlaşdırmağı bacarıb. Beləliklə, bu görüşdə qalib müəyyənləşməyib.

Bu nəticədən sonra “Arsenal” 26 xalla turnir cədvəlində birinci pillədədir. İkinci sıradakı “Mançester Siti” ilə fərq 7 xal təşkil edir. “Sanderlend” isə 19 xalla “Man Siti” ilə eyni xal sayına malikdir.

Seçilən
38
90deqiqe.az

1Mənbələr