İngiltərə Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Sanderlend” – “Arsenal” qarşılaşması başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, matç Sanderlend şəhərindəki “Stadium of Light” stadionunda baş tutub və görüş 2:2 hesabıyla yekunlaşıb.
36-cı dəqiqədə Daniyel Ballard meydan sahiblərini önə çıxarsa da, 54-cü dəqiqədə Bukayo Saka hesabı bərabərləşdirib. 74-cü dəqiqədə Leandro Trossard qonaqları irəli çıxarıb. Matçın son anlarında, 90+4-cü dəqiqədə, Brayan Brobbi hesabı tarazlaşdırmağı bacarıb. Beləliklə, bu görüşdə qalib müəyyənləşməyib.
Bu nəticədən sonra “Arsenal” 26 xalla turnir cədvəlində birinci pillədədir. İkinci sıradakı “Mançester Siti” ilə fərq 7 xal təşkil edir. “Sanderlend” isə 19 xalla “Man Siti” ilə eyni xal sayına malikdir.