AZ

ABŞ Boliviyaya səfir göndərəcək

Bakı. Trend:

ABŞ hakimiyyəti Boliviya ilə 2008-ci ildən kəsilmiş diplomatikmünasibətləri səfir səviyyəsində bərpa etməyi planlaşdırır.

Trend-in ABIagentliyinə istinadən verdiyi məlumata görə, bunu Cənubi Amerikaölkəsinin yeni Prezidenti Rodriqo Pasın andiçmə mərasimində iştiraküçün La Pasa səfər edən ABŞ dövlət katibinin müavini KristoferLandau bildirib.

“Biz münasibətləri həmişə vacib olan səfir səviyyəsinəqaytaracağıq. Bu, çox mühüm addımdır və ümid edirəm ki, yaxınvaxtlarda səfirlər təyin edə biləcəyik”, – deyə Landau qeydedib.

Xatırladaq ki, 2008-ci ildə Boliviyanın o vaxtkı prezidenti EvoMorales ABŞ-nin səfiri Filip Qoldberqi “persona non qrata” elanetmiş, onu müxalifəti maliyyələşdirməkdə və iğtişaşlarıdəstəkləməkdə ittiham etmişdi. Ardınca ABŞ-ın o zamankı prezidentiCorc Buş administrasiyası Boliviya səfirini Vaşinqtondan çıxarmışvə ölkəni narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə beynəlxalqöhdəliklərə əməl etməməkdə ittiham etmişdi.

Seçilən
64
az.trend.az

1Mənbələr