Bakı. Trend:
İspaniyanın Kanar adalarına daxil olan Tenerife adasında nəhəngdalğaların sahilə çırpılması nəticəsində 3 turist həlak olub.
Trend xəbər verirki, sahilə çırpılan güclü dalğalar turistlərdən ibarət qrupu dənizəçəkib. Hadisə nəticəsində ölənlərdən əlavə, 15 nəfər xəsarətalıb.
Atlantik okeanında yerləşən Kanar adalarında xüsusilə payız vəqış aylarında proqnozlaşdırılması çətin olan nəhəng dalğalaryaranır. Adanın ətrafındakı suların çox dərin olması səbəbindəndalğalar demək olar ki, heç bir maneə ilə qarşılaşmadan şiddətləsahilə çırpılır.
Məlumata görə, altı fransız turist yerli hakimiyyət orqanlarınınxəbərdarlıqlarına və sahil boyunca yerləşdirilmiş nişanlara məhəlqoymayaraq, dəniz kənarında olduqları vaxt dalğaların təsirinəməruz qalıb və dənizə sürüklənib.
Təcili yardım və xilasetmə xidmətləri sakinlərə və turistlərəsahil bölgələrində ehtiyatlı olmağı tövsiyə edib, çünki bu cürdalğalar bəzən qəfil yarana bilər.