BAKI, 9 noyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında “Zəfər turu”na yekun vurulacaq.
Teleqraf xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.
"Sabah" səfərdə "Kəpəz"lə üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 15:44-də başlanacaq. Oyunda ədaləti baş hakim Tural Qurbanov qoruyacaq.
Azərbaycan derbisində isə "Qarabağ" "Neftçi"ni qəbul edəcək.
“Azersun Arena”da təşkil olunacaq görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək. Oyun saat 18:44-də start götürəcək.
Qeyd edək ki, növbəti tur 21-23 noyabrda baş tutacaq.
Azərbaycan Premyer Liqası
“Zəfər turu”
9 noyabr (bazar)
15:44. “Kəpəz” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu
18:44. “Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Azersun Arena”