AZ

“Neftçi” derbidə qələbə qazanarsa, futbolçularına yüksək məbləğ verəcək!

Bu gün Premyer Liqada “Zəfər turu”na yekun vurulacaq.

Turun son matçında Azərbaycan derbisi baş tutacaq.

Çempion “Qarabağ” Suraxanıda ”Neftçi”ni qəbul edəcək. Ağdam klubu əzəli rəqibini məğlub etsə, yenidən liderliyə yüksələcək.

Son iki həftədə ”Qəbələ”yə səfərdə, ”Kəpəz”ə evdə qalib gəlmiş bakılılar da bu gün 3 xal qazanmağa həvəslidir.

Bunun üçün yaxşı stimul var. Klub rəhbərliyi uğurları seriyanın davamiyyətli olması naminə kisənin ağzını açıb. ”Ağ-qaralar”ı böyük miqdarda mükafat gözləyir.

Derbidə əldə ediləcək zəfər müqabilində futbolçulara 8000-10000 manat civarında mükafat ödəniləcək. Oyun saatına qədər bu məbləğin daha da artması istisna deyil.

SPORTİNFO.AZ

Seçilən
52
sportinfo.az

1Mənbələr