AZ

"Zəfər turu"nda bu gün Azərbaycan derbisi keçiriləcək

Misli Premyer Liqasının XI turunda bu gün "Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan derbisi keçiriləcək.

"Zəfər turu"na təsadüf edən matç "Azərsun Arena"da baş tutacaq.

Saat 18:44-də başlayacaq oyuna biletlər tükənib. Derbilərdə "Qarabağ" 45, "Neftçi" 23 qələbə qazanıb. 31 görüşdə isə qalib müəyyənləşməyib. Baş tutan matçlarda ümumilikdə 224 qol qeydə alınıb. Ağdam təmsilçisi 140, "Neftçi" isə 84 dəfə fərqlənib.

Günün digər görüşü isə Qəbələ şəhər stadionunda baş turacaq. Burada autsayder "Kəpəz" "Sabah"ı qəbul edəcək.

Qarşılaşmanın start fiti saat 15:44-də səslənəcək. Reallaşacaq hər iki matçdan sonra "Zəfər turu"na yekun vurulacaq.

"Qarabağ" 20 xalla turnir cədvəlinin ikinci sırasında qərarlaşıb. 18 xalı olan "Sabah" altıncı, rəqindən 3 xal az toplayan "Neftçi" yeddincidir. Mövsüm ərzində cəmi 1 qələbəsi olan "Kəpəz" isə 3 xalla sonuncu - onikinci yerdədir.

Misli Premyer Liqası

XI tur

9 noyabr

15:44. "Kəpəz" – "Sabah"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Qəbələ şəhər stadionu

18:44. "Qarabağ" – "Neftçi"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.

VAR: Fərid Hacıyev.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

"Azersun Arena"

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1) üstələyib. "Zirə" - "Turan Tovuz" oyununda isə hesab açılmayıb.

Seçilən
17
11
news365.az

10Mənbələr