AZ

Pərviz Qasımov Dünya çempionu oldu, Azərbaycan bayrağını yüksəltdi

Televiziya Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi, həmçinin Özbəkistanda keçirilən “Şərq təranələri” festivalının qalibi, laureatı olan, Prezident təqaüdçüsü Pərviz Qasımov idmanda daha bir böyük uğura imza atıb.

Musavat.com xəbər verir ki, Pərviz Qasımov 8 Noyabr Zəfər günü münasibətilə Rumıniyada keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq çempion olub və bayrağımızı qaldırıb.

Qeyd edək ki, bundan əvvəl Pərviz Qasımov Bakıda, Barselonada keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq mütləq çempion olmuşdu.

Musavat.com

Seçilən
61
5
musavat.com

6Mənbələr