AZ

Kuala-Lumpur bələdiyyəsinin binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb  

Malayziyada paytaxt Kuala-Lumpur şəhərinin bələdiyyəsi 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycanla həmrəylik nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, Kuala-Lumpur şəhər bələdiyyəsinin inzibati binasının möhtəşəm “MENARA-1” qülləsi üzərindəki rəqəmsal ekranda nəhəng Azərbaycan bayrağı proyeksiya edilib. Şanlı üçrəngli bayrağımızın fonunda “Zəfər Günün mübarək, Azərbaycan” sözləri yazılıb.

“MENARA-1” qülləsinin ekranının hündürlüyü 90 metrdən yüksək olmaqla, Malayziyanın ən böyük rəqəmsal nümayiş məkanı hesab olunur.

Seçilən
16
3
azerbaijan-news.az

4Mənbələr