AZ

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb

Ankara, 9 noyabr, AZƏRTAC

Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin qardaş münasibətləri, həmçinin Türkiyə ilə Azərbaycan arasında sıx diplomatik və hərbi əlaqələr Cənubi Qafqazda fundamental dəyişikliklərə səbəb olub və Zəngəzur Dəhlizinin əhəmiyyətini artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə türkiyəli ekspert Bülent Erandaçın bazar günü “Yeni Asır” qəzetində dərc olunmuş “Qarabağda Qələbə və Zəngəzur dəhlizi" adlı məqaləsində deyilir.

Müəllif qeyd edir ki, Avrasiyada yeni geosiyasi tarazlıq Zəngəzur dəhlizini də ehtiva edir. “Zəngəzur dəhlizi təkcə türk dövlətlərini birləşdirən bir yol deyil, həm də ABŞ, Avropa və Çində əhəmiyyəti sayılan geosiyasi marşrutların vacib bir komponentidir", - deyə B. Erandaç vurğulayır. O, həmçinin Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasındakı yolu Orta dəhlizin “əsas halqası” və gələcək Avrasiya-Afrika əlaqələrinin vacib bir komponenti kimi xarakterizə edir.

Ekspert Türkiyə Prezidentinin Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş Bakıda keçirilən hərbi paraddakı çıxışından parçalar da sitat gətirərək əlavə edir ki, Cənubi Qafqazda yeni dəhlizlərin açılması bütün ölkələrin maraqlarına uyğundur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
17
4
azertag.az

5Mənbələr