AZ

Messidən tarixi rekord - 400-cü ötürməsini gerçəkləşdirdi

Argentina futbolunun əfsanəsi Lionel Messi tarixə yeni nailiyyəti ilə düşüb. O, dünya futbolu tarixində 400 məhsuldar ötürmə sərhədini aşan ilk oyunçu olub.

Milli.Az xəbər verir ki, bu uğura Messi ABŞ-ın Əsas Futbol Liqası (MLS) pley-off mərhələsinin 1/8 finalında keçirilən "İnter Mayami" - "Neşvill" görüşündə çatıb.

Qarşılaşma Mayami klubunun 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Messi həmin oyunda iki qol vurub və bir məhsuldar ötürmə ilə də yadda qalıb.

Ulduz futbolçu ən çox assisti "Barselona" forması ilə edib - 269 dəfə. Bundan əlavə, o, Argentina millisində 60, "Paris Sen-Jermen"də 34, və hazırkı klubu "İnter Mayami"də 37 məhsuldar ötürmə qeydə alıb.

Kənan
Milli.Az

Seçilən
28
2
milli.az

10Mənbələr