AZ

TASS: Ukrayna bir ildə Qərbdən 52 milyard dollar alıb

BAKI, 9 noyabr. TELEQRAF

2024-cü il noyabrın 1-dən 2025-ci il oktyabrın 31-dək olan dövrdə Ukraynaya xarici maliyyə yardımının ümumi həcmi (silah təchizatı, onların alınması üçün vəsait və Ukraynanın hərbi-sənaye kompleksinə investisiyalar istisna olmaqla) 52 milyard dollar təşkil edib. Bunun da 22,9 milyard dolları dondurulmuş Rusiya aktivləri üzrə faizlər olub.

Teleqraf xəbər verir ki, bu, barədə TASS Ukrayna Milli Bankının məlumatlarına əsasən hesablama aparıb.

Nəticədə, Avropa İttifaqı və G7 ölkələri ERA proqramı çərçivəsində Rusiya aktivləri üzrə faiz hesabına ödənilməli olan ümumi 50 milyard dolların 30 milyard dollarını xərcləyiblər.

Yeri gəlmişkən, ABŞ də 20 milyard dollar ayırmalı idi, amma Donald Trampın prezident seçkilərində qələbəsindən sonra Rəsmi Vaşinqton Ukraynaya birbaşa maliyyə təmin etməyib.

Məlumata əsasən, ERA çərçivəsində Avropanın bundan sonraUkraynanın ehtiyaclarını ödəyə bilməyəcək. Qeyd edilir ki, 2024-cü ilin noyabr və dekabr aylarında Kiyev 16,1 milyard dollar alıb və bunun bir hissəsi büdcə boşluqlarını doldurmaq və bu ilin ilk aylarında sosial öhdəlikləri yerinə yetirmək üçün istifadə edilib. Buna görə də, Avropa Birliyi 2026-cı ildə Ukrayna üçün yeni maliyyə mənbələri axtarmalı olacaq.

Əhəmiyyətli xarici yardımlara baxmayaraq, Kiyev daxili borclanmanı da artırır. Son 12 ay ərzində borc 2,9 milyard dollara çatıb və bu məbləğin təxminən üçdə ikisi son altı ayda yığılıb. Beləliklə, daxili bazarda kreditləşmə tempi artır.

Seçilən
50
teleqraf.com

1Mənbələr