AZ

Gürcüstandanominal orta aylıq əməkhaqqı 1238 manata çatıb

BAKI, 9 noyabr. TELEQRAF

Gürcüstanda cinsindən asılı olmayaraq nominal orta aylıq əməkhaqqı 2025-ci ilin sentyabrında illik müqayisədə 11,5 faiz artaraq 1970 lari (manat ekvivalentində 1238 manat) təşkil edib.

Teleqraf Gürcüstan Gəlir Xidmətinin veb saytındakı məlumatlara istinadən xəbər verir ki, 1 oktyabr 2025-ci il tarixinə Gürcüstanda təxminən 12.000 nəfər 15.000 laridən (9392 manat) yuxarı əmək haqqı alıb. Onlardan 1100 nəfəri isə 50.000 laridən (31 min manat) çox qazanıb.

Qonşu ölkədə 1100 nəfərdən 124 nəfərinin əməkhaqqısı 70.000 laridən, 91 nəfərin əməkhaqqısı 80.000 laridən, 51 nəfərin əmək haqqısı 90.000 laridən, 286 nəfərin isə 100.000 laridən yuxarı olub.

Eyni zamanda, Vergi Xidmətinin məlumatına görə, hesabat dövrünə Gürcüstanda 220 min nəfər min laridən az, 67,9 min nəfər isə 1000-1200 lari arasında maaş alıb.

Gürcüstanda yaşayış minimumu adambaşına 260,3 laridir.

Seçilən
54
teleqraf.com

1Mənbələr