Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.
Kanada və ABŞ-dən olan bir neçə ailə “ChatGPT” istifadəçilərinin intihar etməsi və ya ağır psixoloji zərər görməsi ilə bağlı “OpenAI” şirkətinə qarşı məhkəməyə müraciət edib.
Axşam.az xəbər verir ki, dörd iddia intihar halları, üçü isə ciddi psixoloji travmalarla əlaqədardır. İddiaçılar “OpenAI”ni “ChatGPT”-nin istifadəçiləri intihara təhrik etməkdə ittiham ediblər.
Onlar həm maddi təzminat, həm də süni intellekt sistemində dəyişikliklər tələb edirlər. Tələb olunan dəyişikliklər arasında intihar mövzularının müzakirəsi zamanı söhbətin avtomatik dayandırılması da var.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.